Cümə, 03 May

"Çelsi" qələbə qazandı - Çempionlar Liqası

image

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Xəbər verilir ki,  ilk oyun gününə nəzərdə tutulan 8 matçdan 2-si başa çatıb.

G qrupunda Avstriya "Zaltsburq"u Almaniyada "Volfsburq"la qarşılaşıb. Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İspaniya "Sevilya"sı Fransanın "Lill" klubunu qəbul edəcək.

H qrupunda isə İngiltərənin "Çelsi" komandası İsveçdə "Malmö"nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun digər görüşü İtaliyada "Yuventus" və Rusiyanın "Zenit" klubları arasında keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15